Mütləq əməliyyat olunacağam.
AzerTimes xəbər verir ki, bunu Donetskdəki “Şeş beş” restoranının vurulması nəticəsində yaralanan “Roskosmos”un keçmiş baş direktoru Dmitri Roqozin deyib.
“Yaralanmışam. Sağ çiynimin yuxarı hissəsinə 3×4 mm qəlpə girib. Əməliyyat olunacağam. Mənimlə birlikdə bir neçə nəfər də yaralanıb”, – Roqozin bildirib.
Qeyd edək ki, Roqozinin “şeş-beş” restoranında ad gününü qeyd edərkən Ukrayna ordusunun raket atəşinə məruz qaldığı bildirilir.
Xatırladaq ki. Roqozinin ötən gün (21 dekabr) 59 yaşı tamam olub.