Paşinyan xalqa deyir, ancaq Annaya başa sala bilmir…

Paşinyan xalqa deyir, ancaq Annaya başa sala bilmir…

Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyana məxsus “Mer Tiparan” MMC 2020-ci ildə fəaliyyəti dövründə qanunla müəyyən edilmiş vergi öhdəliklərini yerinə yetirməyib.

AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Mer Tiparan” MMC-nin vergi öhdəliklərinin siyahısı internet saytında yerləşdirilib və inzibati icraat haqqında məlumat verilir. Nikol Paşinyan kassa çekləri və vergilərin ödənilməsi mövzusunda bir çox çıxışlar edib və hətta bununla bağlı Təhlükəsizlik Xidmətinə göstəriş verib, amma həyat yoldaşına izah edə bilməyib ki, vergi öhdəliyi yerinə yetirilməlidir”, – məlumatda deyilir.

Teqlər: