Roqozin azərbaycanlının restoranında vurulub

Roqozin azərbaycanlının restoranında vurulub

“Roskosmos”un keçmiş baş direktoru, “Çar canavarları” qrupunun hərbi müşavirlərinin rəhbəri Dmitri Roqozinin yaralandığı “Şeş beş” restoranı azərbaycanlı iş adamı Qeys Məmmədova məxsusdur.

AzerTimes xəbər verir ki, böyük şəbəkəyə malik olan restoranın Bakı ilə yanaşı, Rusiyanın bir neçə iri şəhərində filialları da fəaliyyət göstərir.

Qeys Məmmədov Gürcüstandandır və Rusiyada kifayət qədər tanınmış şəxsdir.

Qeyd edək ki, dünən gecə saatlarında Ukrayna ordusu Donetskdə “Roskosmos”un keçmiş direktoru Dmitri Roqozinin olduğu “Şeş beş” restoranını vurub. Nəticədə 2 nəfər ölüb, Roqozin də daxil olmaqla, 7 nəfər yaralanıb.

Teqlər: