Roqov: Ukrayna bu əraziyə hücumdan imtina etdi!

Roqov: Ukrayna bu əraziyə hücumdan imtina etdi!

Ukrayna ordusu Zaporojye Atom Elektrik Stansiyasını ələ keçirmək planını dəyişib. Hazırda onlar Dneprdə, Kaxovka su anbarının qərb hissəsinə cəmləşiblər.

AzerTimes xəbər verir ki, bu barədə “Biz Rusiya iləyik” hərəkatının sədri Vladimir Roqov deyib.

“Əvvəllər Kiyev hakimiyyəti dəfələrlə Kaxovka su anbarının şimal və şimal-şərq hissəsindən Dnepr çayını Nikopol, Marqanets, Belenkinə doğru çıxmağa cəhd göstərib. Ancaq indi cəhdlərinin nəticəsiz olduğunu anlayaraq, planlarını dəyişib və qüvvələrini burada Dneprdən aşağı su anbarının qərb, şimal-qərb və cənub-qərb hissəsində cəmləşdiriblər”, – o bildirib.

Onun sözlərinə görə, Ukrayna qoşunları əməliyyat üçün Zolotaya Balka, Osokorovka (Xerson vilayəti) və Pokrovskoye (Dnepropetrovsk vilayəti) kəndləri ərazisinə cəmləşməyə çalışırlar.

Teqlər: