Ronaldoya 275 milyonluq təklif

Ronaldoya 275 milyonluq təklif

Adı açıqlanmayan Səudiyyə Ərəbistanının klublarından biri “Mançester Yunayted”in portuqaliyalı ulduzu Kristiano Ronaldoya iki mövsüm üçün 275 milyon avroluq müqavilə təklif edib.

AzerTimes xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Məlumata görə, Ronaldo onu dünyanın ən çox qazanan futbolçusu edəcək təklifdən imtina etməyə hazırlaşır.

Qeyd edək ki, bir müddət öncə portuqaliyalı ulduzun Almaniyanın “Bavariya” klubu ilə 1 illik müqavilə imzalayacağı bildirilmişdi.

Teqlər: