Ronaldosuz Portuqaliya məğlub oldu

Ronaldosuz Portuqaliya məğlub oldu

UEFA Millətlər Liqasında növbəti turun oyunları baş tutub.

AzerTimes xəbər verir ki, A liqasının 2-ci qrupunda yer alan Portuqaliya yığması İsveçrənin qonağı olub.

Oyun ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada yeganə qolu 1-ci dəqiqədə Xaris Seferoviç vurub.

Qeyd edək ki, Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş ötən gün keçirdiyi mətbuat konfransında millinin hücumçusu Kriştiano Ronaldonun meydana çıxmayacağını bildirmişdi.

Teqlər: