Ronaldodan daha bir rekord

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo UEFA Çempionlar Liqasında keçirdiyi oyun sayına görə rekorda imza atıb.

AzerTimes-ın UEFA-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ötən gün K.Ronaldo Çempionlar Liqası çərçivəsində 178-ci oyununu keçirib.

Daha əvvəlki rekord İspaniyalı qapıçı İker Kasilyasa məxsus idi. O, Çempionlar Liqası çərçivəsində 177 oyun keçirib.

Teqlər: