Ronaldo təkrar İrana getsə, 99 şallaq vurulacaq

Ronaldo təkrar İrana getsə, 99 şallaq vurulacaq

Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandasının portuqaliyalı futbolçusu Kristiano Ronaldo İrana növbəti səfərində 99 şallaq zərbəsi ilə üzləşəcək.

AzerTimes xəbər verir ki, bu barədə Xorvatiyanın “Index HR” nəşri İran mətbuatına istinadən məlumat yayıb.

Sentyabrda Ronaldo “Əl-Nəsr”lə birlikdə Asiya Çempionlar Liqasının yerli “Persepolis”lə oyununa gəlib. İrana səfəri zamanı Ronaldo şəxsi fanatı Fatimə adlı fiziki məhdudiyyətli sənətçi ilə görüşüb.

Görüş zamanı Ronaldo İran qanunlarını pozub. O, qadını qucaqlayaraq öpüb.

Teqlər: