Ronaldo Səudiyyədə lüks oteldə 17 otaq kirayələdi

Ronaldo Səudiyyədə lüks oteldə 17 otaq kirayələdi

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kristiano Ronaldo ölkədəki lüks hoteldə eyni anda 17 otaq icarəyə götürüb.

AzerTimes xarici mediaya istinadən xəbər verir ki, portuqaliyalı ailəsi və mühafizəçiləri ilə birlikdə hotelə daxil olub. Futbolçunun hotelə ödədiyi məbləğ hələlik məlum deyil.

Hotelin saytında bir gecəlik otağının qiymətinin təxminən 3,5 min dollar olduğu bildirilir.

Teqlər: