“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo İngiltərə
Premyer Liqasının 32-ci turu çərçivəsində “Everton”la oyunundan
(0:1) sonra azarkeşin əlindən telefonunu alıb və onu sındırıb.
AzerTimes-ın məlumatına görə, haidəsni əks etdirən videonu “EvertonHub” kanalı “Twitter”də paylaşıb.
“Sky Sports”un jurnalisti Layll Tomas sosial şəbəkədə bildirib
ki, “Mançester Yunayted” rəhbərliyi insidentdən xəbərdardır və
bununla bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, 37 yaşlı portuqaliyalı son matçda bütün 90
dəqiqəni meydanda keçirib və oyun vaxtı sarı vərəqə alıb.
“Mançester Yunayted” 31 oyundan sonra 51 xalla turnir cədvəlinin
7-ci pilləsində qərarlaşıb.