Ronaldo koronavirusa yoluxub

Futbol üzrə ikiqat dünya çempionu, Braziliyanın “Kruzeyro” və İspaniyanın “Valyadolid” klublarının prezidenti Ronaldo koronavirusa yoluxub.

Trend xəbər verir ki, bu barədə məlumatı “Kruzeyro” klubunun mətbuat xidməti yayıb.

O, xəstəliyi səbəbindən klubun ad gününə həsr olunmuş tədbirlərdə iştirak etməyəcək. “Kruzeyro” yanvarın 2-də 101 yaşını tamam olub.

Hazırda Ronaldo özünü təcrid edib, səhhəti yaxşıdır. Onda xəstəliyin yalnız az əlamətləri müşahidə olunur.