Ronaldo Ərəbistanda növbəti qolunu vurdu

Ronaldo Ərəbistanda növbəti qolunu vurdu

“Əl-Nəsr”in portuqaliyalı futbolçusu Kristiano Ronaldo növbəti qoluna imza atıb.

AzerTimes xəbər verir ki, Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 21-ci turunda “Əbha”ya 2:1 hesabı ilə qalib gəldikləri matçda fərqlənib. 38 yaşlı hücumçu 79-cu dəqiqədə komandasının bərabərlik qolunun müəllifi olub. Matçın 86-cı dəqiqəsində isə komanda yoldaşı Talişka penaltidən qələbə qoluna imza atıb.

Qeyd edək ki, “Əl-Nəsr” ölkə çempionatında 49 xalla 2-cidir. Komanda lider “Əl-İttihad”dan 1 xal geri qalır.

Teqlər: