Ronaldo ABŞ klubundan imtina etdi

Ronaldo ABŞ klubundan imtina etdi

Portuqaliya millisinin futbolçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Nəsr”ə keçməzdən əvvəl ABŞ-ın MLS liqasında çıxış edən bir neçə klubdan təklif alıb.

AzerTimes xəbər verir ki, həmin komandalar 37 yaşlı hücumçu ilə ciddi şəkildə maraqlanıblar.

“Kanzas Siti” təcrübəli oyunçunun nümayəndələri ilə danışıqlar da aparıb. Hətta ABŞ klubunun təklif etdiyi maaş və reklam gəliri təxminən “Əl Nəsr”dəki müqaviləyə bərabər olub.

Qeyd edək ki, Ronaldo “Əl Nəsr”lə 2,5 illik (bəzi mənbələrə görə isə 2 illik) sözləşmə imzalayıb.

Teqlər: