Ronaldo 700-cü qolunu vurdu

Ronaldo 700-cü qolunu vurdu

İngiltərənin “Mançester Yunated” klubunun portuqaliyalı hücumçusu Kristiano Ronaldo Premyer Liqanın doqquzuncu turunda “Everton”un qapısına qol vurub.

AzerTimes xəbər verir ki, bu qol sayəsində 37 yaşlı hücumçu klub karyerasında qolların sayını 700-ə çatdırıb.

“Mançester Yunayted”in heyətində portuqaliyalı 144 qol, “Sportinq”in heyətində 5 qol, “Yuventus”un heyətində 101 qol, “Real Madrid”in heyətində isə 450 qol vurub.

K.Ronaldo 700-cü qolunu ilk qolundan 20 il və iki gün sonra vurub.

Teqlər: