Roman Abramoviç “Çelsi”ni satmaq qərarını açıqlayıb

Rusiyalı iş adamı Roman Abramoviç Londonun “Çelsi” futbol
klubunu satmaq qərarına gəldiyini açıqlayıb.

AzerTimes-ın
məlumatına görə, onun açıqlaması “Çelsi”nin saytında
yerləşdirilib.

“Hazırkı vəziyyətdə klubu satmaq qərarına gəldim, çünki bunun
klubun, azarkeşlərin, işçilərin, eləcə də sponsorların və
tərəfdaşların maraqlarına uyğun olduğunu hesab edirəm”, – deyə
R.Abramoviç bildirib.


R.Abramoviç qeyd edib ki, “klubun satışı sürətləndirilməyəcək,
lakın lazımi prosesə uyğun aparılacaq”:

“Mənim üçün bu, heç vaxt biznes və ya pul deyil, oyuna və kluba
olan həvəs idi. Üstəlik, mən komandama satışdan əldə edilən bütün
xalis gəlirin bağışlanacağı bir xeyriyyə fondu yaratmağı tapşırdım.
Fond Ukraynadakı müharibənin bütün qurbanlarının xeyrinə
çalışacaq”.

Teqlər: