Romada güclü yanğın baş verdi

Romada güclü yanğın baş verdi

İtaliyanın paytaxtı Romanın cənub-şərqindəki Via Kasilina bölgəsində güclü yanğın baş verib.

AzerTimes xəbər verir ki, əraziyə yaxın yerləşən iki binanın sakinləri təxliyə edilib. Yanğının söndürülməsinə mülki-müdafiə qüvvələri və helikopterlər cəlb olunub. Alovun Kentoçelle parkının ərazisinə keçməsinin qarşısının alınması istiqamətində səy göstərilir.

Şahidlər ərazidə bir neçə dəfə partlayış səslərinin eşidildiyini bildiriblər. Yanğın nəticəsində yayılan tüstü buludu paytaxtın mərkəzindən də görünüb.

Teqlər: