Romada 7 mərtəbəli binada dəhşətli yanğın – Foto

Romada 7 mərtəbəli binada dəhşətli yanğın – Foto

İtaliyanın paytaxtı Romada 7 mərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

AzerTimes xəbər verir ki, təmir işləri aparılan binada baş verən yanğın qonşu binalara da yayılıb. Hadisə yerinə onlarla yanğınsöndürən və təcili yardım maşını cəlb olunub.

Yanğın nəticəsində 1 nəfər ölüb, 2-si ağır olmaqla, azı 17 nəfər yaralanıb. Yaralılar təcili xəstəxanaya yerləşdiriliblər. Həlak olanların sayının artacağı bildirilir.

Ətrafdakı binalardan ümumilikdə 100-dən çox insan təxliyə olunub. Ərazidə çadır şəhərcikləri qurulub.

İlkin məlumata görə, yanğın binanın qarajında avtomobildən başlayıb.

Teqlər: