Roma papası xəstəxanadan buraxılıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Roma papası I Fransisk İtaliya paytaxtında müalicə olunduğu xəstəxanadan buraxılıb.

AzerTimes-ın məlumatına görə, 84 yaşlı papa pontifik bağırsağından uğurlu əməliyyat olunub.

Vatikanın rəhbəri iyulun 4-də bağırsaq xəstəliyi ilə xəstəxanaya yerləşdirilmişdi.

Ötən bazar I Fransisk ənənəvi bazar günü ayinini xəstəxana pəncərəsindən keçirmişdi.