Roma Papası Qazaxıstana gedir

Roma Papası Qazaxıstana gedir

Roma Papası Fransisk 13-15 sentyabr tarixində Qazaxıstana səfər edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Prezident Qasım-Jomart Tokayevin dəvəti ilə Roma Papası Fransisk 2022-ci il sentyabrın 13-15-də Qazaxıstana dövlət səfəri edəcək”, – məlumatda deyilir.

Səfər çərçivəsində Papanın Qazaxıstanın ali rəhbərliyi ilə görüşləri, həmçinin Dünya və ənənəvi dini liderlərin VII Qurultayında iştirakı nəzərdə tutulub.

Teqlər: