Roma papası Moksvaya getməyə hazır olduğunu bildirib

Roma papası I Fransisk Ukraynadakı vəziyyəti müzakirə etmək
məqsədilə Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşə hazır
olduğunu bildirib.

Trend-in
məlumatına görə, bunu Roma papası İtaliya KİV-lərinə müsahibədə
deyib.

O bildirib ki, müharibənin ilk günündə Ukrayna prezidenti
Volodimir Zelenskiyə zəng edib.

“İyirminci gündə isə mən Vatikan dövlət katibindən xahiş etdim
ki, Vladimir Putinə görüşmək üçün Moskvaya getməyə hazır olduğunu
çatdırsın. Mən hər iki tərəfi dayanmağa çağırıram”, – deyə I
Fransisk bildirib.