Ötən gün ölkədə 27 yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil
olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən
ötən sutka ərzində 27 yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə
qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə
əməliyyatları həyata keçirilib.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, görülmüş təcili və
təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ
söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si
azyaşlı olmaqla 7 nəfər, o cümlədən Şəki şəhərinin İnçə kəndində
“BMW” markalı minik avtomobilinin körpüdən aşaraq çaya düşməsi
nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı
vəziyyətdə qalmış 1 nəfər xilas olunub.

Teqlər: