Roma Papası dünyaya çağırış etdi

Roma Papası dünyaya çağırış etdi

Roma Papası Fransisk 100 minə yaxın insanın toplaşdığı Vatikanın Müqəddəs Pyotr meydanında xristianların Pasxa bayramında ənənəvi təbrikini çatdırıb.

AzerTimes xəbər verir ki, o, sülhə və xalqlar arasında etibarlı münasibətlərin qurulmasına çağırıb.

“Gəlin, biz də insanlar və millətlər arasında qarşılıqlı etimad, etimad yoluna getməyə tələsək”,- Papa bildirib.

O, Ukrayna xalqı üçün sülh və Rusiya xalqı üzərində Pasxa işığının parlaması üçün də dua edib:

“Rəbb yaralılara və müharibə nəticəsində yaxınlarını itirən hər kəsə şəfa versin, əsirlər evlərinə qayıtsın və bütün beynəlxalq ictimaiyyət dünyada müharibəni dayandırmağa çalışsın”.

Teqlər: