Rio-de-Janeyroda “Braziliya” ştammının yeni mutasiyası aşkarlanıb

Braziliyada koronavirus infeksiyasının yeni növü aşkarlanıb.

AzerTimes-ın məlumatına görə, bu barədə regional səhiyyə idarəsindən məlumat verilib.

Dövlət səhiyyə idarəsi rəhbərinin müavini Klaudiya Mellu bu barədə deyib: “Hazırda bu növ koronavirusun daha yoluxucu və ya ölümcül olduğunu söyləmək mümkün deyil”.

Yeni mutasiya P.1.2 adı altında qeydə alınıb.