Reznikov Ostinlə danışdı: Ukraynanın müdafiəsi…

Reznikov Ostinlə danışdı: Ukraynanın müdafiəsi…

ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Ukrayna müdafiə naziri Aleksey Reznikov arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

“ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynanın müdafiə naziri Aleksey Reznikovla Ukraynanın təcili və uzunmüddətli ehtiyaclarını müzakirə ediblər. Reznikov amerikalı həmkarına Ukraynadakı döyüş haqqında məlumat verib. Nazirlər, həmçinin, Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun növbəti iclasının planlaşdırılmasını müzakirə ediblər”, – məlumatda qeyd edilib.

Teqlər: