Reznikov: Milyonluq ordu toplamırıq, səhv etmişəm!

Reznikov: Milyonluq ordu toplamırıq, səhv etmişəm!

Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkənin cənubunun işğaldan azad edilməsi əmri ilə bağlı verdiyim açıqlama düzgün anlaşılmayıb.

AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

O bildirib ki, Ukrayna ordusunun qarşısında Krım da daxil olmaqla, bütün ərazilərin işğaldan azad edilməsi vəzifəsi dayanır:

“Belə deyək, burada bir az anlaşılmazlıq olub. Mən milyonluq ordunun toplandığını deməmişəm. Qoy, mənim ingilis dilimi bağışlasınlar, ana dilim deyil”.

Reznikov döyüş əməliyyatlarının ilin sonuna kimi başa çatmasının tam mümkün olduğunu da vurğulayıb.

Teqlər: