Reznikov Lloyd Ostinlə danışdı

Reznikov Lloyd Ostinlə danışdı

Ukraynanın müdafiə naziri Aleksey Reznikovla Pentaqon rəhbəri Lloyd Ostin arasında telefon danışığı olub.

AzerTimes xəbər verir ki, bu barədə A. Reznikov Tvitterdə yazıb.

Tərəflər cəbhə xəttindəki durumu, Ukraynanın imkanlarını gücləndirməyin yollarını müzakirə ediblər.

“Yaxşı xəbərlər tezliklə elan ediləcək”, – A.Reznikov bildirib.

L.Ostin isə rəsmi Vaşinqtonun Rusiyanın Ukrayna ərazilərində keçirdiyi “referendum”ların nəticəsini tanımayacağını təsdiqləyib.

Teqlər: