219-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı

219-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 219-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 309 təyyarəsi, 155 helikopteri, 2112 PUA-sı, 377 zenit-raket kompleksi, 5153 tank və digər zirehli texnikası, 856 reaktiv yaylım atəş sistemi, 3440 artilleriya və minaatanı, 5988 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: