Rəsul Seyidli və Rəvan Zeynallı Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları yarışında balans hərəkətlərini nümayiş etdirib (FOTO)

Xəbər - Cani Babayeva – Trend

Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları
Yarışlarının təsnifat mərhələsində 12-18 yaş kateqoriyasında Rəsul
Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü balans hərəkətlərini
nümayiş etdirib.

Trend-in
məlumatına görə, cütlük 23.310 xal yığaraq yeddinci keçid yerini
tutub. Yarışların ikinci günündə cütlük temp hərəkətlərini nümayiş
etdirəcək.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası
üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçiriləcək.

Yarışda 21 ölkədən 466 gimnast iştirak edəcək.


Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi
cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları,
qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında
qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli,
Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım
Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam
Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra
Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş
kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə
Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: