Rəssam şəhidlər üçün qeyri-adi əsər hazırladı – Video

Rəssam şəhidlər üçün qeyri-adi əsər hazırladı – Video

Ucar rayonunda rəssam Ariz Məmmədovun Vətən müharibəsi şəhidlərinə həsr olunmuş sərgisi keçirilib.

AzerTimes xəbər verir ki, rayonun Gənclər Mərkəzində keçirilən tədbirdə gənc rəssamın şəhidlər üçün hazırladığı əl işi nümayiş olunub.

Rəssam bildirib ki, tullantı şüşələrini xırdalayaraq ağac rəsmi hazırlayıb. Ağacın hər budağına da 44 günlük Vətən müharibəsi zamanı şəhid olan 24 hərbçinin şüşə çərçivəyə salınmış fotoları asılıb.

Açılışda şəhid ailələri də iştirak edib.

Teqlər: