Almaniya rəhbərliyi ölkə kansleri Olaf Şoltsun Moskva səfərindən
konkret nəticə gözləmir.
Trend xəbər verir ki, bu barədə bazar günü Financial Times
qəzeti Almaniya hökumətindəki yüksək vəzifəli mənbəyə istinadən
məlumat yayıb.
“Bundan konkret nəticə əldə edəcəyimizi düşünmürəm”, – deyən
mənbə bildirib. Lakin o, əlavə edib ki, “indi təslim olmaq vaxtı
deyil”.
Onun sözlərinə görə, Şoltsun məqsədi ATƏT platformasında,
Rusiya-NATO Şurasında və ya digər formatlarda Rusiyanın nəyə nail
olmağa çalışdığını daha yaxşı anlamaq və birbaşa dialoqa qayıtmaq
üçün hər hansı imkanların olub-olmadığını öyrənməyə
çalışmaqdır.
Mənbə onu da vurğulayıb ki, Şolts Minsk razılaşmalarının həyata
keçirilməsində irəliləyişlərə sadiqdir.