Rəsmi Bakı İrandakı terakta görə başsağlığı verdi

Rəsmi Bakı İrandakı terakta görə başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İranda törədilən terror aktı ilə bağlı başsağlığı verib.

AzerTimes xəbər verir ki, bu barədə XİN-in Tvitter hesabında bildirilib.

“İranın Şiraz şəhərindəki Şah Çeraq məscidində baş verən terror aktına təəssüf edirik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik.

Azərbaycan terrorla üzləşmiş bir dövlət olaraq onun bütün forma və təzahürlərini qəti şəkildə pisləyir”, – XİN qeyd edib.

Teqlər: