Rəsmi Ankaradan Sudandakı gərginliyə reaksiya

Rəsmi Ankaradan Sudandakı gərginliyə reaksiya

Türkiyə olaraq bu gün Sudanda baş verən silahlı münaqişələrdən narahatıq.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Biz Sudandakı bütün tərəfləri keçid prosesinin nailiyyətlərinə, sakitliyə və dialoqa sadiq qalmağa dəvət edirik. Ölkədəki problemlərinin birdəfəlik həlli yalnız milli sülh yolu ilə tapıla bilər.

Türkiyə həmişə olduğu kimi dost və qardaş Sudan dövlətinin və xalqının yanında olmağa davam edəcək”, – açıqlamada bildirilib.

Teqlər: