Bir neçə gün öncə həbs edilən Rəşad Dağlının ailəsinə qarşı dələduzluq edilib.
AzerTimes Olay.az-a istinadən xəbər verir ki, meyxanaçının oğlu Yusifin adı ilə TikTok hesabı açan naməlum şəxslər insanlardan kömək üçün pul yığıb.
Bu barədə Dağlının İnstaqram hesabında məlumat paylaşılıb.
Sözügedən yardımla heç bir əlaqəsinin olmadığını bildirən ailəsi insanları bu cür saxtakarlara aldanmamağa çağırıb.