İsrail prezidenti: İstanbulda bomba partlayışı…

İsrail prezidenti: İstanbulda bomba partlayışı…

İstanbulda günahsız mülki şəxsləri hədəf alan alçaq bomba partlayışı xəbərindən sarsıldım.

AzerTimes-ın xəbərinə görə, bunu İsrail Prezidenti İshaq Hersoq Tvitter hesabında yazıb.

“İsrail xalqı adından türk dostlarımıza və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün dünya terrora qarşı birləşməli və möhkəm dayanmalıdır”, – İsrail Prezidenti sosial şəbəkə hesabında qeyd edib.

Qeyd edək ki, bu gün Türkiyədə törədilən terror aktında 81 nəfər xəsarət alıb, 6 nəfər ölüb.

Teqlər: