Rəşad Sadıqov “Makkabi” ilə görüşdən danışdı

Rəşad Sadıqov “Makkabi” ilə görüşdən danışdı

Komandanın oyuna köklənməsindən çox razıyam. İlk oyunda ideal formada olmağımızı düşünmək doğru olmaz. Matça, müsbət nəticəyə köklənmişik

AzerTimes xəbər verir ki, bunu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində İsrailin “Makkabi” (Təl-Əviv) komandasını qəbul edəcək Bakının “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Rəqibdə məşqçı dəyişikliyi baş verdiyini deyən R.Sadıqov bildirib ki, Təl-Əviv təmsilçisinin heyətində zədəli futbolçular var. Bunu bilmək üçün İsrailə səfərim vacib idi. Komandanın oyuna köklənməsindən çox razıyam.

“Bir mövsümlük plan cızmışıq. 4-5 transfer etmək istəyirik. Mənim üçün vacib olan əlimizdəki oyunçuların performansıdır. Bu komanda ilə ötən mövsüm uğurlu çıxış etmişik. Bir az da uğurlu olub, kuboku qazana bilərdik. Hazırda transfer danışıqları istədiyimiz kimi getmir. Transferlərin olmaması “Makkabi” ilə oyunlarda hiss olunmaz”, – deyə baş məşqçi əlavə edib.

Qeyd edək ki, “Zirə” – “Makkabi” oyunu iyulun 21-də “Dalğa Arena”da keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.

Teqlər: