Rəşad Nəbiyev Selçuk Bayraktarla görüşüb (FOTO)

Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev Azərbaycanda
səfərdə olan “TEKNOFEST” İdarə Heyətinin və T3 Fondu Qəyyumlar
Şurasının sədri Selçuk Bayraktar və Türkiyәnin sәnaye vә
texnologiya nazirinin müavini Mehmet Fatih Kacırla görüşüb.

Trend-in məlumatına görə, nazir bu barədə öz “Facebook” hesabında bildirib.

Qeyd edilib ki, görüşdə 26 – 29 mayda Bakıda keçiriləcək
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına
hazırlıq işləri müzakirə olunub.

Teqlər: