Rəşad Dağlının qonşuları nələr danışdı? – Video

Rəşad Dağlının qonşuları nələr danışdı? – Video

Məşhur meyxanaçı Rəşad Dağlı bu gün səhər saatlarında 1979-cü il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

AzerTimes xəbər verir ki, Baku TV-nin əməkdaşı hadisənin təfərrüatını araşdırmaq üçün Rəşad Dağlının yaşadığı binada olub.

Qonşuları meyxanaçının həmin binada ailəsi ilə birlikdə kirayədə yaşadığını qeyd ediblər.

Onlar Rəşad Dağlının cinayət törədə biləcəyinə inanmadıqlarını, onu yaxşı insan kimi tanıdıqlarını deyiblər.

Teqlər: