![Rəşad Dağlının məhkəməsi başlayır Rəşad Dağlının məhkəməsi başlayır](https://azertimes.az/wp-content/uploads/resad-daglinin-mehkemesi-baslayir-300x175.jpg)
![](https://azertimes.az/wp-content/uploads/resad-daglinin-mehkemesi-baslayir.jpg)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən tanınmış meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə iclası başlayır.
AzerTimes xəbər verir ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçiriləcək hazırlıq prosesində təqsirləndirilən şəxsin anket məlumatlarının dəqiqləşdirilməsi, işin məhkəmə baxışına verilməsi gözlənilir.
Qeyd edək ki, Rəşad Dağlı qonşusu – 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir.
Hadisə ötən ilin noyabr ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.
Rəşad Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülüb. Meyxanaçı verilmiş ittihamla təqsirli bilinərsə, 9 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.