Rəqəmsal iqtisadiyyata həsr olunan beynəlxalq konfrans keçiriləcək

Aprelin 28-də UNEC-də “Rəqəmsal İqtisadiyyat: Müasir
Çağırışlar və Real İmkanlar” adlı II beynəlxalq konfrans
keçiriləcək.

Konfrans Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi,
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan
Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, UNEC və
digər nüfuzlu qurumların birgə təşkilatçılığı ilə “Fairmont Baku”
otelində baş tutacaq.

Konfransın açılışında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad
Nəbiyev, təhsil naziri Emin Əmrullayev, UNEC rektoru professor
Ədalət Muradov, Milli Məclisin komitə sədri Tahir Mirkişili,
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin
icraçı direktoru Tamerlan Tağıyev çıxış edəcəklər.

Aparıcı dövlət və özəl qurumları bir araya gətirəcək konfransda
qlobal iqtisadi artımın qarşısında duran əsas problemlər, yüksək
texnologiyalar yönümlü istehsal ekosistemi, iqtisadiyyatın rəqəmsal
transformasiyası, yaşıl iqtisadiyyat və davamlı inkişaf,
post-pandemiya dövrünün iqtisadi çağırışları, pandemiya sonrası
biznes transformasiyası və Azərbaycan iqtisadiyyatının keçmişinə və
gələcəyinə baxış, Qarabağ iqtisadiyyatının bərpası və inkişafı
prosesində rəqəmsal texnologiyalardan istifadə imkanları və
prioritetləri kimi əsas mövzular müzakirə olunacaq.

Konfrans aprelin 29-na kimi davam edəcək.

Konfransın saytına daxil olmaq üçün http://de-conf.unec.edu.az
linkinə keçid edə bilərsiniz.

Teqlər: