Prezident İlham Əliyev “Azərbaycan Respublikasında nəqliyyat,
rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin
təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785
nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən;
1. “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək
texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı
bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanında aşağıdakı
dəyişikliklər edilsin:
1.1. adında “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri
“rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilsin;
1.2. preambulada “nəqliyyat, rabitə və yüksək texnologiyalar”
sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə, “Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və
Nəqliyyat” sözləri ilə əvəz edilsin;
1.3. 1-ci, 3-cü, 4-cü və 7-ci hissələrdə “Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat”
sözləri ilə əvəz edilsin;
1.4. 2-ci və 6-cı hissələr ləğv edilsin;
1.5. 5-ci və 8-ci hissələr aşağıdakı redaksiyada verilsin:
“5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi Aparatının işçilərinin say həddi 190 ştat vahidi,
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
yanında Dövlət Mülki Aviasiya Agentliyinin işçilərinin say həddi 48
ştat vahidi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin
işçilərinin say həddi 30 ştat vahidi müəyyən edilsin.”;
“8. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya
Agentliyinin direktorunu Azərbaycan Respublikasının Prezidenti
vəzifəyə təyin və vəzifədən azad edir.”;
1.6. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında
Əsasnamə” üzrə:
1.6.1. adında və 1.1-ci bənddə “Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə
əvəz edilsin;
1.6.2. 5.3-cü bəndin birinci cümləsində “nəqliyyat, rabitə və
yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat”
sözləri ilə əvəz edilsin;
1.6.3. 5.4-cü bənddə “birinci müavini və iki” sözləri “beş” sözü
ilə əvəz edilsin;
1.6.4. 5.7-ci bənddən “birinci müavininə və ya” sözləri
çıxarılsın;
1.6.5. 5.8-ci bənddən “nazirin birinci müavinindən,” sözləri
çıxarılsın;
1.7. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturu”
üzrə:
1.7.1. adında, 1-ci, 4-cü və 5-ci hissələrdə “Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat”
sözləri ilə əvəz edilsin;
1.7.2. 2-ci və 3-cü hissələr ləğv edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan
irəli gələn məsələləri həll etsin.