İlk dəfə olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
“Rəqəmsal Dialoq” layihəsinə start verir.
Bu gün – 15 aprel saat 20:30-da nazirliyin “Facebook”
səhifəsində “Rəqəmsal Dialoq” adlı yeni veriliş yayımlanacaq.
Verilişin məqsədi nazirliyin fəaliyyəti barədə ictimaiyyətə
ətraflı məlumat vermək, vətəndaşların suallarını
cavablandırmaqdır.
Hər ay canlı yayımlanacaq proqramın ilk qonağı nazirin müşaviri
Rəşad Bayramov olacaq.