Köçəryan və Sarkisyan işğal zamanı Azərbaycan torpaqlarında narkotik dövriyyəsindən xeyli gəlir əldə ediblər – Siyavuş Novruzov

Ermənistanın keçmiş hər iki prezidenti işğal zamanı Azərbaycan
torpaqlarında narkotik dövriyyəsindən xeyli gəlir əldə ediblər.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər
komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən
iclasında deyib.

O qeyd edib ki, Ermənistanın keçmiş prezidentləri Robert
Köçəryan və Serj Sərkisyan Azərbaycanın işğal altında olmuş
ərazilərində narkotiklərin dünya bazarlarına çıxarılması ilə məşğul
olublar.

S.Novruzov əlavə edib ki, erməni zabitlər də hərbi cinayətlərlə
bərabər, işğal altında olmuş Azərbaycan torpaqlarında narkotik
dövriyyəsi ilə məşğul olublar.

Teqlər: