Rektor tələbələrlə görüşüb (FOTO)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDK) tabeliyində
fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru,
dosent Aqil Şirinov tələbələrlə görüş keçirib.

Aİİ rektoru, dosent Aqil Şirinov tələbələrə ali təhsil
müəssisəsinin yeni binasında uğurlar arzulayıb. İnstitutun dövlətin
diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdıran rektor
tələbələrə qarşıda duran məqsəd və hədəflərdən bəhs edib. A.Şirinov
təhsilalanlara dərslərində fəal olmağı, dərin biliklərə yiyələnməyi
tövsiyə edib.

İnstitut rəhbəri daha sonra qeyd edib ki, təhsilalanların yüksək
dini və dünyəvi elmlərə yiyələnmələri üçün Aİİ-də təhsil sistemi
müasir dövrün tələblərinə uyğun qurulub.

Ali təhsil müəssisəsinin rəhbəri daha sonra tələbələrə
tövsiyələrini bildirib, gənclər üçün təşkil olunacaq yarışlar və
səfərlər haqqında məlumat verib.

Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə
prorektoru Mübariz Camalov bildirib ki, tələbələrin təhsil dövründə
mükəmməl öyrəndikləri gələcəyə etibarlı yatırımdır. Azərbaycan
xalqının bu sahədə yüksəkixtisaslı, savadlı, milli məfkurəyə sahib,
dürüst kadrlara ehtiyacı var.

Tədbirdə tələbələrin tədris prosesi, təlim, təhsil və sosial
məsələlər ətrafında sualları cavablandırılıb.

Teqlər: