Rəisinin müavininin çıxışı istehzaya səbəb oldu

Rəisinin müavininin çıxışı istehzaya səbəb oldu

İran Prezidenti İbrahim Rəisinin qadın məsələləri üzrə müavini Ənisə Xəzəlinin çıxışı sosial media istifadəçilərinin geniş müzakirəsinə səbəb olub.

AzerTimes xəbər verir ki, Xəzəli İranda qadınların durum və azadlıqlarının Amerika və bölgə ölkələrindən daha yaxşı olduğunu iddia edib.

“İranda qadınların vəziyyəti fövqəladə yaxşıdır. Başqa ölkələrin niyə bunu nümunə götürmədiklərindən təəccüblənirik”, – o deyib.

Sosial media istifadəçisi olan iranlı qadınlar isə istehza ilə Xəzəlidən onların vəziyyətini ağırlaşdırıb, Amerika qadınları gününə salmasını istəyiblər.

Teqlər: