Rəisi təhdid etdi: Hücuma cavab veriləcək!

Rəisi təhdid etdi: Hücuma cavab veriləcək!

Kirmandakı partlayışların məsuliyyətini üzərinə götürən İŞİD ABŞ və İsrail tərəfindən yaradılıb və idarə edilir.

AzerTimes xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi terror aktlarında ölənlərin dəfn mərasimində çıxış edərkən deyib.

O bildirib ki, ABŞ bölgədə islami dəyərlərə sahib başqa bir İsrailin formalaşdırmağa çalışırdı:

“Bu planları isə alınmadı. Mən bu hadisə ilə bağlı xalqımızı arxayın edirəm. Qisas təşəbbüsü İran Silahlı Qüvvələrinin əlindədir. Hücuma cavab veriləcək. Yer və vaxt ordumuz tərəfindən müəyyən ediləcək”.

Teqlər: