Rəisi ölkə iqtisadiyyatını məhv etdi – İranlı deputat

Rəisi ölkə iqtisadiyyatını məhv etdi – İranlı deputat

İbrahim Rəisi hökuməti ölkə iqtisadiyyatını daha da bərbad günə salıb.

AzerTimes xəbər verir ki, bunu Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) şəhərinin İran parlamentindəki nümayəndəsi Calal Mahmudzadə sosial media hesabında bildirib.

O, İbrahim Rəisinin prezident seçkiləri kampaniyası dövründəki vədlərini xatırladıb:

“İbrahim Rəisinin prezident seçkiləri kampaniyası dövründə 7000 səhifədən ibarət proqramında vətəndaşlara 70 vəd verib. Bu günə kimi onların heç biri həyata keçirilməyib. O, güclü dövlət qurmaq barədə iddialar irəli sürmüşdü. İndi isə güclü dövlət bir yana qalsın, vətəndaşlar çörək, toyuq əti və başqa məhsulları əldə etmək üçün günlərini uzun növbələrdə keçirməli olurlar”.

Millət vəkili hazırda inflyasiya və bahalığın səviyyəsinin dözülməz olduğunu deyib, ölkənin milli valyutasının dəyərdən düşdüyünü, iqtisadi fəlakət yaşandığını bilıdirib.

Teqlər: