Regionlarda torpağa maraq artır, qiymətlər bahalaşır

Xəbər - Elçin Mehdiyev – Trend:

Hazırda Bakı və ətraf ərazilərdə torpaq bazarının aktiv bir dövrüdür. Pandemiya səbəbindən bu aktivlik bir az aşağı səviyyədədir, amma buna baxmayaraq, torpaq bazarı üçün aktiv dövr hesab etmək olar.

Bunu AzerTimes-a əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

R.Osmanlının sözlərinə görə, yaya doğru torpaq bazarının coğrafıyası daha çox rayonlara doğru genişlənir:


“Yəni müəyyən alıcı kütləsi var ki, regionlara maraq göstərməyə başlayır. Bu mənada düşünürəm ki, yay aylarına doğru getdikcə Bakı və Abşeron ərazisində bir qədər passivlik müşahidə olunacaq və aktivlik bir qədər regionlara doğru genişlənəcək. Əlbəttə ki, bu da öz növbəsində regionlarda torpağın qiymtində artıma səbəb olacaq”.

Teqlər: