Regional problemləri özümüz həll etməliyik – TBMM sədri

Bu konfransa ev sahibliyi edən Azərbaycana təşəkkür edirəm.
Türkiyə parlamentlərarası münasibətlərin gücləndiriməsinə böyük
önəm verir.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin
(TBMM) sədri Mustafa Şentop Bakıda keçirilən İqtisadi Əməkdaşlıq
Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi
Konfransında çıxışı zamanı deyib.

M.Şentop bildirib ki, kosonavirus pandemiyası dünyada dərin
sosial, iqtisadi və digər problmlərə səbəb olub.

“Eyni zamanda, pandemiya sağlamlığımıza da təsir edib. Pandemiya
göstərdi ki, hamımızın aqibəti eynidir və problemləri həll etmək
üçün biz birgə hərəkət etməliyik. Bunun üçün regional əməkdaşlıq və
həmrəylik vacibdir. Burada parlament diplomatiyasının əhəmiyyəti
böyükdür. Biz öz aramızda əməkdaşlığı güclü şəkildə inkişaf
etdirməliyik. Regional məsələlərin həllini qlobal aktorların əlinə
verməməliyik. Çünki onlar problemləri dərinləşdirərək daha çox göz
yaşı axıdan qərarlar verirlər, biz bunu təcrübədə də gömüşük.
Qlobal aktorların səmimiyətdən kənar, yalnız öz maraqları naminə
müdaxiləsi heç bir ölkəyə sülh, çiçəklənmə gətirməyib, əksinə
prblemləri daha da dərinləşdirib. Bizim bunlardan dərs çıxarmağımız
vacibdir. Ona görə də regional problemləri biz özümüz həll
etməliyik”, – deyə o əlavə edib.

Teqlər: