Regional inkişaf üçün çoxtərəfli əməkdaşlıq zəruridir – İran rəsmisi

Regional inkişaf üçün çoxtərəfli əməkdaşlıq zəruridir. İran
regional əməkdaşlığın və sülhün təmin edilməsinə hər zaman tərəfdar
olub.

AzerTimes-ın məlumatına görə, bunu Bakıda keçirilən İqtisadi
Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi
Konfransında İran İslam Respublikası İslam Şurası Məclisi Sədrinin
birinci müavini Əli Nikzad deyib.

O qeyd edib ki, İran İƏT-ə üzv dövlətlər arasında əməkdaşlığı
daha da artırmağa çağırır: “İran parlamenti bütün qanunvericilik
imkanları ilə üzv dövlətlərlə əlaqələri gücləndirməyə tam hazırdır.
İran İƏT-də əməkdaşlığın daha da gücləndirilməsinə qətiyyətlə
çalışır. İran özünə qarşı zalım sanksiyalara baxmayaraq, həmişə
bölgədə sülhün tərəfdarı olub”, – deyə o bildirib.

Ə.Nikzad əlavə edib ki, İran xarici siyasətdə qonşularla yaxşı
münasibətlərin qurulmasının tərəfdarıdır: “Onu da qeyd edim ki,
pandemiyadan digər ölkələr kimi İran da ziyan çəkib. İqtisadiyyatın
bərpası bütün ölkələrin gündəmindədir”, – deyə o əlavə edib.

Teqlər: