“Red Bull“un yaradıcısı öldü

“Red Bull“un yaradıcısı öldü

“Red Bull“ enerji içkisi brendinin yaradıcısı, avstriyalı milyarder Ditrix Mateşits vəfat edib.

AzerTimes xəbər verir ki, idman, media, daşınmaz əmlak və qastronomiya sahələrində şirkətlərə sahib olan iş adamı 78 yaşında dünyasını dəyişib.

“Forbes“ nəşrinin 2022-ci il reytinqində D.Mateşits 27,4 milyard ABŞ dolları sərvətlə dünya üzrə 51-ci yerdə qərarlaşıb. Onun ölümündən sonra şirkətlərdəki payına oğlu Mark Mateşitsin rəhbərlik edəcəyi gözlənilir.

Teqlər: